Reklam: High Technic
hightechnic

Siyavuş Novruzovdan "Facebook"la bağlı təklif

“Dünyanın idarə olunması informasiya üzərində qurulub. İnformasiyanın çatdırılması, qəbul olunması önəmli məsələdir”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Novruzov qeyd edib ki, dünyada intiharın sayına görə Avropa ölkələri birinci yerdədir: “Sovetlər birliyində intihar, avtomobil qəzası yox idi? Saytlarda daha önəmli məsələni kənara qoyub, bu məsələləri populyarlığa görə önə çıxarırlar. Bunu etməklə digərlərini də intihara təhrik edirlər. Televiziylarda verilişlərin hamısı cinayət xronikası verir. Tələm-tələsik informasiyanı cəmiyyətə çatdırmaqla xal qazanmaq düzgün deyil. Bu informasiyalar bəzi insanları mənfi istiqamətlərə yönəldir”.

Deputat bildirib ki, sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsi zəruridir: “Ölkəmizdə internet tam şəkildə azaddır. İstənilən adam istədiyini təhqir edir. Daşa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikirləri yazırlar. Burada internet portalının sahibi məsuliyyətə cəlb olunmalı, ya da şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməlidirlər.

Xaricdə hər hansı bir portal yaradıb Azərbaycan ordusu, əsgərlərimizlə bağlı yazılar yazırlar. Sonra oradan götürüb həmin xəbərləri verirlər. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Belə informasiyalar cəmiyyət təsir edir”.

Yeniçağ.az

www.yenicag.az

80