Siyəzəndə avtomobil aşıb

media-hightechnic-468x90

sabirabadda-agir-yol-qezasi-bas-verib-2-nefer-olub-0Bu gün Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi magistralının 99-cu kilometrliyində qeydə alınıb.

Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Musayev Yaqub Kazım oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alan Y. Musayev Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra o, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa