Siyəzəndə iki yük maşını toqquşub-Fotolar

media-hightechnic-468x90

ae7736cdd98406cb3b9624662821564cMartın 11-nə keçən gecə Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba-Rusiya avtomobil yolunun Siyəzən rayonunun Gilgilçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

48 yaşlı Qobustan rayon sakini Arif Balayevin idarə etdiyi 99 ZB 395 dövlət nömrə nişanlı “MAN” markalı yük avtomobili ilə 57 yaşlı Yevlax rayon sakini Yaqub Səfərovun idarə etdiyi 90 MZ 598 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili toqquşub. Hər iki yük avtomobili Quba rayonu istiqamətində hərəkətdə olub.

Hadisə zamanı “KamAZ”ın sürücüsü xəsarət almasa da, “MAN”ı idarə edən Yaqub Səfərov Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600