!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SMO ilə HTŞ arasında İPLƏR GƏRİLİR – PKK/YPG silahları təhvil verməkdən İMTİNA ETDİ

!Reklam – Yazi

“Suriyada silahlı qrupların mərkəzi orduya qoşulması üçün təşəbbüslər davam edir. Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu (SMO) ilə Şam rejimi (“Heyət Təhrir əş-Şam” – HTŞ) arasında müəyyən müzakirələrin aparıldığı iddia olunur. Terrorçuluqla mübarizə aparan SMO-nun gələcəyi isə diqqət mərkəzindədir. Sahədəki ən son məlumatlar isə bu prosesi əks etdirir”.

Bu sözləri Yenicag.az-la söhbətində təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyib.

O, Suriyanın gələcək perspektivdə dizayn edilməsi məsələsini şərh edib:

Analitikin fikrincə, Suriya Müdafiə Nazirliyi ölkədəki silahlı qrupların nazirliyə daxil edilməsi üçün müzakirələr aparır:

“Şama yaxın mənbələr məcburi hərbi xidmət yerinə könüllü əsaslı peşəkar ordu yaradılması üçün işlərin aparıldığını bildirir. Yeni yaradılacaq orduya Suriyadakı silahlı qrupların əksəriyyəti ilə razılığa gəlindiyi vurğulanır. Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusunun mərkəzi orduya necə daxil ediləcəyi isə sual altındadır. Suriyanın “əl-Vatan” qəzetinə danışan mənbələr SMO-da fəaliyyət göstərən zabitlərin Müdafiə Nazirliyi strukturunda xüsusi statusa malik ola biləcəyini qeyd edir”.

A. Ağara görə, Şam rejimi heç bir dini məzhəb və ya etnik bazaya əsaslanmayan bir ordu yaradacağını açıqlayıb:

“Bu yanaşma nəzəri baxımdan doğru olsa da, hazırkı Suriya reallığında praktiki olaraq həyata keçirilə bilmir. Müxtəlif qruplar və tayfalar arasında güc, maraq və nüfuz paylaşımı məsələləri böyük problemlər yaradır. Druzların vəziyyəti buna nümunədir. Suveyda bölgəsindəki Druzların “şərait bizim istədiyimiz kimi formalaşana qədər silahı yerə qoymayacağıq” bəyanatı İsrailin bu icmaya təsir etdiyini göstərir”.

Siyasi şərhçi onu da vurğulayıb ki, Suriyanın ərazi bütövlüyünü pozan əsas qüvvələrdən biri PKK/YPG terror təşkilatıdır:

“HTŞ bu təşkilatla danışıqlar aparsa da, PKK/YPG silahlarını təhvil verməyəcəyini və nəzarət etdiyi ərazilərdən imtina etməyəcəyini açıq şəkildə bildirir. Təşkilatın arxasında ABŞ-nin durması vəziyyəti daha da mürəkkəbləşdirir. Son hadisələrdə SMO ən çox zərər görən tərəflərdən biri olub. SMO-ya aid 6 sərhəd keçid məntəqəsi HTŞ tərəfindən ələ keçirilib. Bu prosesdə gərginliklər yaşanıb və SMO bölgədə qarşıdurma riskini artırmamaq üçün keçid məntəqələrini təhvil vermək məcburiyyətində qalıb”.

“Suriyanın həqiqi mənada ərazi bütövlüyünün təmin edilməsi üçün HTŞ və mərkəzi hökumət qüvvələrinin ölkənin bütün sərhədlərini qoruması vacibdir. Bu, dövlət suverenliyinin əsas elementlərindən biridir. Lakin hazırda bu istiqamətdə addımlar yetərsizdir. Bölgədə digər dövlətlərin də təsiri hiss olunur. Səudiyyə Ərəbistanı və BƏƏ-nin Suriyada nüfuz artırmaq cəhdləri, İranın səssiz mövqeyi və İsrailin incə hesablamaları vəziyyəti daha da mürəkkəbləşdirir. Suriyanın yeni xarici işlər və müdafiə nazirlərinin, həmçinin kəşfiyyat rəhbərinin Ankaraya səfərləri ümidverici addım kimi dəyərləndirilir. Bu görüşlərin regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində konkret nəticələr verməsi gözlənilir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

118
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv