SOCAR-da nə baş verir? - Rentabellilik gətirən işçiləri ixtisar edir, baş ofis işçilərini artırırlar...

media-hightechnic-468x90

 

media-banner_tuq

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı SOCAR-da aparılan kütləvi ixtisarların niyə məhz adi işçilərə şamil edildiyinə etiraz edib…

Yenicag.az Poliqon-a istinadən xəbər verir ki, hüquq müdafiəçisi SOCAR-da hər il sayı artan baş ofis işçilərinin, vəzifəlilərin niyə ixtisar edilmədiyini sual edir.

“SOCAR-da aparılan struktur dəyişikliyi, “optimallaşma” kütləvi ixtisarlar niyə baş ofisə aid deyil ki?!

01.01.2021-ci il tarixə əsasən Baş ofis üzrə işçilərin sayı 629 nəfər olub.
01.01.2022-ci il tarixə əsasən Baş ofis üzrə işçilərin sayı 645 nəfər olub.
01.02.2024-cü ildə isə Baş ofis işçilərinin sayı daha da artıb və sayı 925 nəfər olub.

Yəqin ki, il ərzində əlavə qəbullar da olub. Bunlardan 65 nəfəri şirkət prezidentinin və vitse prezidentlərin müşavir, müavin və köməkçiləridir”, deyə hüquq müdafiəçisi bildirib.

Maraqlıdır, görəsən SOCAR Rövşən Nəcəfin rəhbərliyi altında üç il müddətində baş ofis çalışanlarının sayını 50% artırmaqla hansısa üstünlük, ya da rentabellik əldə edə bilibmi? Yoxsa baş ofis sadəcə qohumbazlıq və tayfabazlıq hesabına şişirdilir? O zaman yerlərdə çalışan və şirkətə real rentabellik gətirən işçilər niyə ixtisar edilir? Müşahidə Şurası bütün bunları görmürmü? Yoxsa Mikayıl Cabbarovun sədrliyi altında olan müşahidə Şurası da bu qohumbazlıq və tayfabazlıq siyasətinin iştirakçısıdır?..

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05