!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SOCAR-ın neft buruğunda faciə: - YENİLƏNİB

!Reklam – Yazi

Qaradağ rayonu ərazisində yerləşən Azneft istehsalat birliyinin buruğunda faciə baş verib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, buruqda boru 52 yaşlı Gözəlov Fikrət Alıkişi və 54 yaşlı Ədilov Cavad Əlibala oğlunun üstünə düşüb.

Ağır xəsarətlər alan işçilər xəstəxanaya çatdırılıb. Fikrət Gözəlov aldığı xəsarətlərlə xəstəxanada dünyasını dəyişib.

Digər yaralının vəziyyəti isə orta ağır kimi qiymətləndirib. Faktla əlaqədar araşdırmalar aparılır.

Lakin, SOCAR-ın yaydığı məlumatda bildirilir ki, qəza zamanı ölən olmayıb:

“Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib.

Məlumata əsasən, hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb: “Hazırda xəsarət alan qazmaçılar xəstəxanada müalicə alırlar. Qazma prosesi zamanı xəsarət alan neftçilərin vəziyyəti qənaətbəxşdir”.

www.yenicag.az

7711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv