Dünyanın bəzi ölkələri siyasi və iqtisadi problemlər səbəbindən yaxın zamanlarda dağıla bilər.
Yenicag.az həmin ölkələri təqdim edir:
Şimali Koreya: Qapalı ölkələ ölkə olan Şimali Koreyanın 21-ci əsri başa vurmağa çatacaq qədər qaynaqları yoxdur.
İspaniya: 2008-ci ildən bəri ciddi iqtisadi böhranla üz-üzə qalan İspaniyanın ümumi borcu 2018-ci ilin avqustunda ÜDM-nin 98,3 faizinə çatıb və işsizlik səviyyəsi 15,2 faizdir. Həmçinin ölkənin Bask və Kataloniya bölgələri də son illərdə muxtariyyət tələb edirlər.
Belçika: Belçika Valoniya və Flandre olmaqla iki ayrı bölgəyə bölünmüş vəziyyətdədir. Bu iki bölgə arasında ortaq nöqtələr çox azdır. Politoloqlar ölkənin yaxın gələcəkdə 2 yerə bölünüb, yerində Valoniya və Flandre adlı 2 yeni dövlətin yaranacağını düşünürlər.
Çin: Dünyanın ən güclü ordularından birinə və iqtisadiyyatına sahib olan Çində ətraf mühit problemləri gün keçdikcə artır. Ölkənin təbii qaynaqlarının yarısının çirkləndiyi düşünülür.
İraq: İraq hazırda 3 fərqli bölgəyə ayrılmış vəziyyətdədir. Mütəxəssislər yaxın gələcəkdə həmin bölgələrin muxtariyyət tələbi ilə ayrılmaq istəyəcəklərini ehtimal edirlər. 2011-ci ildən bəri vətəndaş müharibəsinin getdiyi İraqda daha bir müharibənin başlaması da ehtimallar sırasındadır.
Böyük Britaniya: Brexit səbəbindən gündəm olan Birləşmiş Krallıqda Uels və Şimali İrlandiyanın daha çox müstəüillik istəməsi məlumdur. 2014-cü ildə Şotlandiya Krallıqdan ayrılmaq üçün referendum təşkil etmiş, lakin nəticələrə görə birlikdə qalma qərarı çıxmışdı.
Maldiv adaları: Qlobal iqlim dəyişikliyi səbəbindən Maldiv adaları yaxın gələcəkdə su altında qala bilər./Qaynarinfo/
www.yenicag.az