Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ŞOK! Qasım Süleymani öldürüldü - VİDEO

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının komandanı general Qasım Süleymani Bağdadın hava limanına raket zərbələri endirilməsi nəticəsində həlak olub.

Yenicag.az xəbər verir ki, bununla əlaqədar olaraq İranın Milli Təhlükəsizlik Şurası təcili iclas keçirəcək.

İran Xarici İşlәr naziri Mәhәmmәd Cavad Zәrif Tvitter sәhifәsindә qeyd edib ki, General Süleymaninin qәtli tәhlükәli və tәhrikedici addımdır.

“ABŞ öz hәrәkәtlәrinin mәnfi nәticәlәrinin şahidi olacaq”.

Məlumatda bildirilib ki, Pentaqon Q.Süleymaninin Prezident Donald Trampın təlimatı ilə öldürüldüyünü təsdiq edib.

Generalın ölümündən sonra D.Tramp “Twitter” hesabında ABŞ bayrağının fotosunu paylaşıb.

www.yenicag.az

1150