!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şok sui-qəsdin ƏKS-SƏDASI: “Xudayari “Hizbullah”ın raketlə təminatına cavabdehlərdən biri idi” – REAKSİYA

!Reklam – Yazi

“İranda əhalinin sosial problemlərdən qaynaqlanan etirazlarını da “xarici dairələr”ə bağlayırlar”.

Bu fikirləri İran İslam İnqilabının Keşikçiləri Korpusunun zabiti, polkovnik Həsən Sayad Xudayarinin ötən gün Tehranda sui-qəsd nəticəsində öldürülməsindən sonra səsləndirilən versiyaları dəyərləndirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Xudayarinin öldürülməsi İranın hərbi-siyasi elitasına yönəlik çox ciddi mesajdır:

“Qətlə yetirilən Xudayari İslam İnqilabının Keşikçiləri Korpusunun nüfuzlu zabitlərindən biri olaraq Qasım Süleymaninin davamçıları sırasında xüsusi yer tuturdu.

Suriya olayları başlayandan sonra onun əsas fəaliyyəti ora ilə bağlı olub. Döyüşən ordunun tərkibində fəaliyyət göstərməklə yanaşı, Xudayari həm də “Hizbullah”ın raketlə təminatına cavabdehlərdən biri hesab olunurdu. Eyni zamanda, ilyarım əvvəl qətlə yetirilən nüvə alimi Fəxrizadənin Müdafiə Nazirliyində tutduğu vəzifədə onun müavini idi.

Təbii ki, Xudayarinin qətli ilə əlaqədar çox ehtimallar irəli sürülür. Ancaq fakt budur ki, ona qarşı sui-qəsdi icra edənlər iranlılardır. Bununla belə, polkovnikin hansısa ölkənin xüsusi xidməti tərəfindən aradan götürülməsi istisna deyil. Çünki Qasım Süleymani kimi, onun davamçıları sayılan yüksək zabitlər də ABŞ və İsrailin qlobal maraqlarına təhlükə yarada bilən şəxslər hesab olunurlar.

Digər tərəfdən, İranda istənilən olayı xarici qüvvələrlə əlaqələndirmək ənənəsi var. Hətta əhalinin sosial problemlərdən qaynaqlanan etirazlarını da “xarici dairələr”ə bağlayırlar. Ona görə də Xudayarinin qətlində xarici qüvvələrin adının hallandırılması təbii qarşılanmalıdır”.

A.Zeynalov

www.yenicag.az

979
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv