!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

ŞOK TƏKLİF – Qazaxın Orta Salahlı bələdiyyəsi Korsikanın müstəqilliyini tanımalıdır

!Reklam – Yazi

Fransaya aid Korsika adasının müstəqilliyinin Qazax rayonunun Orta Salahlı bələdiyyəsi tərəfindən tanınmasını təklif edilib.

Yenicag.az İnterpress.az-a istinadən xəbər verir ki, bu təkliflə “Hilal” Sosial Araşdırmalar Mərkəzinin sədri Arzuman Abdulkərimov çıxış edib.

O, Fransa Senatının Azərbaycanla bağlı çıxardığı qətnaməni aşağıdakı məsəllə eyniləşdirib: “Bunu “milçək bir şey deyil, amma könül bulandırır” xalq misalı ilə eyniləşdirmək olar. Yəni özləri yazıb, özləri də oxuyacaqlar. Hətta istəsələr həmin kağız parçasını isladıb suyunu da içə bilərlər. Amma eyni zamanda düşünürəm ki, fransız xalqını intizarda qoymamamalıyıq. Təcili şəkildə Qazax rayonunun Orta Salahlı bələdiyyəsinin iclası çağırılmalı, Korsikanın müstəqilliyinin tanınması ilə bağlı qərar qəbul olunmalıdır. Qərarın mətni Birləşmiş Millətlər Təşkilatına göndərilməlidir. O zaman həyatdan küskün Makronun ağlı başına gələcək”.

www.yenicag.az

162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv