!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SON DƏQİQƏ! Azərbaycan-Türkiyə sərhədi bağlanır - YENİLƏNDİ

!Reklam – Yazi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, liderlərin telefon danışığının təfərrüatı məlum olub.

Məlumata görə, dövlət başçıları koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə ölkələrimiz tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar.

Prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.

**

18:15

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.

Yenicag.az xəbər verir ki, telefon söhbəti zamanı iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlər, regional məsələlər müzakirə olunub.

Bundan əlavə,  koronavirus pandemiyasına qarşı alınan tədbirlərlə əlaqədar olaraq, iki ölkə arasında karqo daşımaları istisna olmaqla, hava və quru sərhədlərinin müvəqqəti bağlanılmasına qərar verilib.

www.yenicag.az

5620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv