Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Son dəqiqə: Bakıda dəhşətli anlar - Sərnişin avtobusu kül oldu - YENİLƏNDİ

Bakıda yanğın hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, yanğın sərnişin avtobusunda qeydə alınıb. Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, 01.09.2020 tarixində səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 saylı marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi olub.

Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb.

Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

***

08:45

Bakı şəhərinin Sabunçu rayonunda “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.yenicag.az

2018