Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Son dəqiqə! Boya sexində güclü yanğın - VİDEO/YENİLƏNDİ

Heydər Əliyev prospekti 133C ünvanında yerləşən “Metprof” MMC- də başlayan yanğın söndürülüb.

Boya sexində başlayan yanğın 250 kvadrat metrə yaxın ərazini əhatə edib.

***

12:13

Bakı Nəqliyyat Agentliyi də baş verən hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda “Ulduz” stansiyası ilə Heydər Əliyev prospektini birləşdirən Araz küçəsindən istifadə etməmələri xahiş edilir.

***

12:05

Bakının Nərimanov rayonu ərazisində fərdi şəxsə məxsus boya sexində yanğın hadisəsi baş verib.

Nərimanov Rayon İcra hakimiyyətindən Yenicag.az-a verilən məlumata görə, hadisə rayonun Heydər Əliyev prospekti, 133c ünvanında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib.

Yanğın tam söndürülməyib. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.

www.yenicag.az

1700