“Türkiyənin 10 vilayətində üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunur”.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Türkiyə lideri, həmçinin axtarış-xilasetmə tədbirlərinin sürətlə davam etdirildiyini də söyləyib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində son rəqəmlərə görə 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb.