Sonuncu gündə 9 dəst medalın sahibləri bəlli olacaq

media-hightechnic-468x90
244aa657a1e270ade9703365259c6922Bu gün Bakı-2015 I Avropa Oyunlarına yekun vurulacaq.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, idmançılar yarışların son günündə cəmi 9 dəst medal uğrunda mübarizə aparacaqlar.

Tamaşaçılar son gündə 5 növ üzrə qaliblərin müəyyənləşməsinə şahid olacaq. Komanda idman növləri – çimərlik futbolu və voleybolda həlledici matçlar baş tutacaq.

Cüdoçular da mübarizəni komanda yarışları ilə yekunlaşdıracaqlar. Badminton və BMX velosiped idmanında da final mərhələsi baş tutacaq.

Azərbaycan təmsilçiləri Oyunların son günündə yalnız iki növdə qüvvəsini sınayacaq. Çimərlik futbolu yığmamız yekundakı mövqeyini həll edəcək matça çıxacaq. Çüdoçularımız isə növbəti dəfə tatami üzərində bacarığını göstərməyə çalışacaq.

28 iyun

 

10:00. Cüdo

Komanda yarışları

Heydər Əliyev adına İdman Arenası

 

10:30. Voleybol

Kişilər, 3-cü ye uğrunda oyun

Bakı Kristal Zalı

 

11:30. Çimərlik futbolu

7-ci yer uğrunda oyun

Çimərlik Arenası

 

12:00. Badminton

Final

Bakı İdman Zalı

 

13:00. Voleybol

Kişilər, final

Bakı Kristal Zalı

 

13:00. Çimərlik futbolu

5-ci yer uğrunda oyun

Çimərlik Arenası

 

14:30. Çimərlik futbolu

3-cü yer uğrunda oyun

Çimərlik Arenası

 

15:00. BMX velosiped idmanı

Final

BMX Veloparkı

 

16:00. Çimərlik futbolu

Final

Çimərlik Arenası

 

20:15. Bağlanış mərasimi

Bakı Olimpiya stadionu

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600