!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkələrdə uğur axtaranlar: “2-3 reklamla milyonlar qazanmaq mümkün deyil”

!Reklam – Yazi

 

“Onlar bu həyatı sonradan gördüklərinə görə, bunları tez-tez paylaşır, sanki özünü sübut etməyə çalışır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında real həyatla sosial şəbəkələrdəki insanların fərqi barədə danışan psixoloq Gülnar Orucova deyib.

Onun sözlərinə görə, insanlar daha çox xoş günlərini sosial şəbəkədə paylaşırlar:

“Oraya baxdıqda dərdindən, qəmindən, problemindən danışan varmı? Sosial şəbəkəyə baxanda oradakıların ancaq xoş gün yaşadığını düşünürük. Düzdür, sosial şəbəkələrdə başını qırxan, intihar edən insanlar da var, amma bəzi insanlar var ki, elələri var ki, ancaq onları xoşbəxt görürük. Restoran, idman zalları, məclislər, ad günləri, istirahət məkanları paylaşılır. Bu insanlar çox zaman xoşbəxt olmayan insanlardır. Onlar bu həyatı sonradan gördüklərinə görə, bunları tez-tez paylaşır, sanki özünü sübut etməyə çalışır. Əslində, sosial şəbəkələrdə daha çox vaxt keçirən insanlar həyatı boş olan insanlardır. Görün, həyatlarında nə qədər boşluq var ki, onlar artıq sosial şəbəkəni həyatının bir parçasına çevirib. Sosial şəbəkədən istifadə etmək yalnız qədərində lazımdır”.

G.Orucova qeyd edib ki, bəzən düşünürlər ki, sosial şəbəkələr insanları pozur:
“Lakin fikir versək, görərik ki, sosial şəbəkə insanın əsl kimliyini ortaya çıxarır. Yəni öz həmkarlarını təhqir edən tamaşaçı olaraq yaxşı tanıdığımız insanlar özünün əsl simasını ortaya qoyur. İnsan ya göründüyü kimi olmalıdır, ya da olduğu kimi görünməlidir. Lakin indiki insanlar təhlükəlidir. Heç kim nə göründüyü, nə də olduğu kimidir.
Xüsusilə bəzi gənc qızlar bloqerlərin həyatını görür və onlar kimi olmaq istəyirlər. Onlar özlərinin ancaq müsbət tərəflərini göstərməyə çalışır, ancaq onun mənfi tərəflərini də görmək lazımdır. Bəziləri düşünür ki, yalnız bloqer olmaqla çoxlu pul qazanmaq olar, amma elə deyil. Məsələnin kökündə sponsorlar dayanır. Yəni təkcə bloqer olmaqla o cür təmtəraqlı, dəbdəbəli həyat yaşamaq olmaz. Heç kim ona inanacaq qədər avam deyil. 2-3 reklamla milyonlar qazanıb, yüz minlik avtomobil sürmək mümkün deyil”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

148
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv