Sosial şəbəkələrdəki "XƏFİYYƏ" xidmətləri cinayətdir: Hüquqşünasdan XƏBƏRDARLIQ!

media-hightechnic-468x90

Sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda ödəniş müqabilində şəxslərin izlənilməsi, onlar barədə məlumatların toplanılması və hətta qeyri-rəsmi “xəfiyyəlik” xidmətlərinin təklif olunması ilə bağlı elanların artdığı müşahidə olunur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür fəaliyyətlər açıq şəkildə qanun pozuntusudur və ciddi hüquqi məsuliyyət yaradır.

media-banner_tuq

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, bu hallar birbaşa şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasıdır.

media-ramil-suleymanov-e1753340090177

Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində hər kəsin şəxsi həyata dair sirlərini qorumaq hüququ təsbit olunub və dövlət bu hüquqa tam təminat verir:

“Şəxsi həyatın toxunulmazlığı fundamental hüquqlardandır. Heç bir şəxs digərini izləmək, onun barəsində gizli məlumat toplamaq və ya səs yazısı əldə etmək hüququna malik deyil. Bu, yalnız qanunla müəyyən olunmuş hallarda və səlahiyyətli orqanlar tərəfindən həyata keçirilə bilər”.

Hüquqşünas vurğulayıb ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsin razılığı olmadan onun barəsində materialların, səs yazılarının və ya digər məlumatların toplanılması cinayət əməli hesab olunur:

“Bu əmələ görə min manatdan iki min manatadək cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər və ya bir ilədək müddətə islah işləri cəzası nəzərdə tutulur”.

Ramil Süleymanov əlavə edib ki, sosial şəbəkələrdə “izləmə”, “məlumat toplama”, “xəfiyyə xidməti” adı altında xidmət təklif edən şəxslər də məsuliyyət daşıyır:

“Bu xidmətlərin göstərilməsi qanunvericiliklə qadağandır. Əgər müəyyən olunarsa ki, hər hansı şəxs və ya qrup bu fəaliyyətlə məşğuldur, onların barəsində cinayət işi başlanılacaq və araşdırma aparılmaqla məsuliyyətə cəlb olunmaları təmin ediləcək”.

Ekspert vətəndaşlara çağırış edərək bildirib ki, belə elanlara aldanmamalı, şəxsi məlumatlarını üçüncü şəxslərə ötürməməli və bu kimi hallarla qarşılaşdıqları zaman hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

Samir Məcidli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05