!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial xərclərin 5 faizlik ARTIMI: “Bunun əhalinin ehtiyaclarına tam cavab verməsi...”

!Reklam – Yazi

“Bəzi deputatların sosial xərclərin artırılması ilə bağlı təklifləri olsa da, nəticə layihənin qəbulundan sonra bilinəcək”.

Bu fikirləri Milli Məclisdə davam etdirilən büdcə müzakirələrinin gedişini dəyərləndirən iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında qeyd edib.Onun sözlərinə görə, gələn ilin büdcə layihəsində nəzərdə tutulan sosial xərclərin 5 faizlik artımı əhalinin ehtiyaclarına tam cavab vermir.

“İlkin büdcə zərfi artıq açıqlanıb və bir müddətdir, mediada bu istiqamətdə müzakirələr gedir. Lakin bu layihə son versiya deyil və parlamentdəki müzakirələrdə ona müəyyən dəyişikliklər edilə bilər.

Layihənin ilkin versiyasından görünən budur ki, son illər büdcə zərfinin planlaşdırılması və qəbulunda olan trend bu gün də davam edir. Yəni həm gəlir, həm də xərc hissəsində planlaşdırıla bilən artım müşahidə olunur.

Gələn ilin büdcə zərfində ən diqqət çəkən məqamlardan biri də işğaldan azad olunan ərazilərin bərpasına son 3 ildə ən yüksək məbləğ – 3, 8 milyard manata yaxın vəsait ayrılmasıdır. Keçən il bu rəqəm 2,2 milyard manat təşkil edirdi.

Bundan başqa, sosial xərclərin də təqribən 5 faiz artırılması nəzərdə tutulsa da, bu, əhalinin ehtiyaclarına tam cavab vermir. Müzakirələr zamanı bu rəqəmin artma ehtimalı var. Bəzi deputatların bununla bağlı təklifləri olsa da, nəticə layihənin qəbulundan sonra bilinəcək. Burada ciddi artım gözlənilmir.

Elm və təhsil sahəsində müəyyən artımlar müşahidə olunacaq. Burada yeni məktəblərin tikintisi, təhsil sistemində maaşların qaldırılması və digər istiqamətlərdə artımlar müşahidə ediləcək. Ancaq gələn ilin büdcə layihəsində gözlənilməz gedişat yoxdur. Təhlükəsizlik məsələlərinə yönəlik xərclərin artırılması təbiidir. Burada ordu quruculuğu, yeni sərhəd zolaqlarının yaradılması, zastavaların tikintisi və digər vacib məqamlar nəzərə alınıb”.

Yusif Səmədzadə

COP29

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv