!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial yardımla bağlı əhaliyə ŞAD XƏBƏR - FOTO

!Reklam – Yazi

Yarım ayda 10 minə yaxın ailə bu yardım proqramına cəlb olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı sosial yardım proqramının icra mexanizminin sadələşdirilməsi və yardım təyinatı şərtlərinin yumşaldılması, aztəminatlı ailələrin bu proqramdan faydalanmaq imkanlarının artırılması təmin olunur.

Nəticədə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı aprel ayında 14 faiz və ya 9500 ailə artaraq 79500-ə, yardım alan ailə üzvlərinin sayı isə 40 min nəfər artaraq 333 minə çatıb.

Hər ailəyə düşən yardımın orta aylıq məbləği 222 manatı ötüb.

Sosial dəstək tədbirlərindən biri kimi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov da bildirib ki, ünvanlı sosial yardımların müddətinin uzadılması ilə bağlı verilən qərar yardım müddəti fevralda deyil, martda bitənlərə aiddir:

“Mövcud qanunvericiliyə uyğun olaraq, ailədə əmək qabiliyyətli ailə üzvü varsa, eyni zamanda 8 yaşadək uşaq varsa, ailədə bir nəfər əmək qabiliyyətli üzv həmin uşağa qulluq üçün işləməyə bilər. Amma bu halda sosial yardım uşağın 8 yaşı tamam olana kimi təyin edilir. Bundan sonra əmək qabiliyyətli şəxsin işləməsi tələb olunur”.

B.Hüseynov onu da bildirib ki, ünvanlı sosial yardım alan ailədə ər və ya arvad işsiz kimi qeydiyyata alınsa belə, ona dövlət tərəfindən 190 manat məbləğində birdəfəlik vəsaitin verilməsi hüququ verilmir.

www.yenicag.az

2654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv