Sosioloqdan 16 yaşlı uşaqların telefondan istifadəsinin qadağası ilə bağlı TƏKLİF: “Vəhşiləşdirir, zombiləşdirir”

media-hightechnic-468x90

 

“Əhali məcburi şəkildə psixi müayinəyə cəlb edilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib.

O, Gəncədə 18 yaşındakı Elgün İbrahimovun vəhşicəsinə qətlə yetirilməsinin səbəbləri və bu qətli yaradan mümkün səbəblər haqqında danışıb:

“Biz belə halları heç sovet dövründə kinolarda da görmürdük. Yalnız son dövrlərdə çəkilmiş zombi kinolarda belə vəhşilik görmək mümkündür. Bu da həmin filmlərin psixoloji təsirlərindən biridir. Burada çox sayda səbəblər var. Birincisi, əhalinin çox böyük hissəsi psixoloji gərginlik altındadır, stress altında yaşayır və işləyir. Sosial iqtisadi mühit, ağır həyat şəraitinə görə millətin psixologiyası korlanıb. Sosial ehtiyac insanları cinayətlərə sürükləyir. Kriminal vəziyyətə nəzarət zəifdir, insanlar arasında kütləvi şəkildə yayılıb. Psixotrop, kimyəvi maddələr son dövrlərdə ortaya çıxıb ki, birbaşa insanı zombiləşdirir. Bunlar artıq əlçatandır. İstənilən formada istifadə edə bilirlər. Bu da digər bir səbəbdir. Bir çox süni qidalar insanın gen strukturunu dəyişdirir, vəhşiləşdirir və aqressivləşdirir”.

Sosioloq əhalinin təcili psixi müayinə keçirilməsini tələb edib:

“Bunlarla bağlı artıq SOS siqnalı vermək vaxtı çatıb. Biz illərdir bu barədə danışırıq, xəbərdarlıq edirik, amma qarşısı alınması üçün xüsusi bir proqram həyata keçirilmir. Artıq bıçaq sümüyə dirənib. Təklif edirəm ki, əhali məcburi şəkildə psixi müayinəyə cəlb edilməlidir. Son nəfərə qədər bütün ölkə əhalisi psixi müayinə edilməlidir. Bir çox psixi xəstələr rahat şəkildə cəmiyyət arasında, ortalıqda gəzə bilir. Ortalıq potensial qatillər, manyaklarla doludur. Halbuki bu adamlar qapalı xüsusi dispanserdə müalicə almalıdırlar”.

E. Bayramlı həmçinin 16 yaşına qədər uşaqların telefondan istifadəsinin valideynlər tərəfindən qadağan edilməsini təklif edib:

“Əvvəllər valideynlər uşaqlarını çölə buraxırdılar, heç maraqlanmırdılar ki. haradadır, nə edir? İndi isə məcbur qalıb uşaqların yanında özləri də məktəbə gedirlər, məcburdurlar ki, onların yanında dayansınlar. Qorxulu bir vəziyyət yaranıb. Bu baxımdan, valideynlər uşaqlarını internetdən mütləq şəkildə aralı saxlamalıdırlar. 16 yaşına qədər uşaqlara “smartfon” telefon qadağan olunmalıdır. Yalnız valideynlərin nəzarəti altında evdə internetdən hər hansı faydalı məlumat əldə etməyə icazə verilməlidir. Bundan başqa məktəbi qurtarana qədər uşaqların hansı filmə baxdığı, hansı oyunu oynadığı nəzarət edilməlidir. Oyun salonlarına nəzarət edilməli, oradakı 70-80% oyunlar qadağan edilməlidir. Hər biri aqressiv, vəhşiləşmiş, insan öldürmək, qırıb-dağıtmağı təbliğ edir. Bu məsələlərə mütləq şəkildə ciddi nəzarət edilməlidir”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600