Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sosioloqdan ÇAĞIRIŞ: “Bu, insanlara psixoloji zərbə vurur”

“Karantin insanlara istər iqtisadi, sosial, demoqrafik, istərsə də psixoloji cəhətdən ağır zərbə vurur. Buna görə də karantin ləğv olunmalıdır. Bunun üçün, əhali hazırlanmalı, insanların davranışı sürətlə dəyişməli və arzuolunan hala gətirilməlidir. Belə olan halda, karantinin ortadan götürülməsi təhlükəli olmayacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu Ümumdünya Səhiyyə Təşkilatının karantinə son qoyulması ilə bağlı dünya ölkələrinə etdiyi çağırışa münasibət bildirərkən deyib.

Sosioloqun sözlərinə görə, karantinin götürülməsi ilə bağlı ilk növbədə əhalinin davranışları dəyişməlidir.

“Karantini ortadan götürmək üçün insanlar üçün şərait yaratmaq lazımdır. Əsas şərt əhalinin davranışının dəyişdirilməsi istiqamətində işlərin görülməsidir. Davranış elə olmalıdır ki, karantin götürüləndən sonra, təhlükəli hallar yaranmasın. İlk növbədə ölkədə çox ciddi ictimai qınaq olmalıdır. Sağlamlıqla bağlı tövsiyə olunan şərtləri pozan insanlar qınaq obyektinə çevrilməlidir. Burada ictimai qınağın oynadığı rolu heç bir inzibati qaydalar əvəzləyə bilməz. Əhalinin davranışı bu gün təəssüf ki, arzuolunan səviyyədə deyil. Əsrlərdir, dünyada yeni elm sahələri var ki, əhalinin davranışının formalaşmasında mühüm əhəmiyyət kəsb edə bilər. Təəssüf ki, ölkəmizdə bu sahədə də nə mütəxəssislərin sayı, nə də də məmurların təsəvvürləri arzuolunan səviyyədə deyil”.

Cəvahir

www.yenicag.az

2349
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100