Soyğunçuluğun qarşısını almaq istədi, bıçaqlandı - Bakıda  

media-hightechnic-468x90

Sabunçu rayonunda soyğunçunu tutmaq istəyən şəxs bıçaqlanıb.

Yenicag.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Yol ilə gedən 34 yaşlı Muradov Heydər Çingiz oğlu bir qadının qışqıraraq kömək istədiyini eşidib. Qadına yaxınlaşanda görüb ki, naməlum şəxs qadına qarşı soyğunçuluq edərək, onun əl çantasını əlindən almaq istəyir. Heydər Muradov soyğunçunu tumaq istəyəndə həmin şəxs üzərində olan bıçaqla onun bud nahiyyəsinə iki zərbə endirib. Daha sonra isə hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə barədə polisə məlumat verilib. Hazırda Sabunçu polisi hadiləri törədən şəxsin axtarışlarını aparır.

Faktla əlaqədar cinayət işi açılıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600