Dünyaca məşhur aktyorlar Tom Holland və Emmi Rossum “The Crowded Room” adlı ekran işində rol alıblar.
Yenicag.az xəbər verir ki, serialda ana-oğulu canlandıran sənətçilərin yaş fərqi maraq obyektinə doğurub.
Belə ki, onların arasında cəmi 9 yaş fərq var. Holland 27, Rossum isə 36 yaşındadır.
Lahiyədə Rossum 16 yaşında ana olmuş Kandini canlandırır. Serialın mövzusu isə 1979-cu ildə silahlı hücuma məruz qalan Denni Sullivan haqqındadır.
Qeyd edək ki, ekran işində Ceyson Ayzeks, Kristofer Abbott, Tomas Sadoski kimi tanınmış simalar yer alıb.
www.yenicag.az