Şprislərin fiziki parametrləri yoxlanılacaq

media-hightechnic-468x90

“2020-ci ildən Azərbaycanda şprislərin fiziki parametrlərinin yoxlanılmasına başlanılacaq”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, gələn ildən bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində laboratoriyalar quraşdırılacaq: “Şprislərin ucluqları və polietilin keyfiyyəti yoxlanılacaq. Bütün dərman preparatlarında olduğu kimi Səhiyyə Nazirliyi tərəfindən şprislərin də stirelliyi yoxlanılır və bunun standartları müəyyənləşib”.

Nazir müavini bildirib ki, Azərbaycanda 3 hissəli şprislər qadağan olunmayıb: “Azərbaycanda istehsal olunan şprislərin standartı müəyyənləşib. Bəzi qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən vurğulanır ki, 3 hissəli şprislərin qadağan olunması ilə bağlı müddəa yoxdur. Bu cür şprislər bütün dünyada istifadə olunur. Buna görə də 3 hissəli şprislərin saxta olması iddiası əsasında əhalini yanlış yola yönəltmək düzgün deyil. Azərbaycanda istehsal olunan şprislər müasir tələblərə görə 2 hissəlidir. Bu şprislərin standartları Azərbaycanın müvafiq institutu tərəfindən və təsdiq olunub”.

E.Ağayev vurğulayıb ki, Səhiyyə Nazirliyi Azərbaycana idxal olunan şprislərlə bağlı tabeliyində olan qurumlara tapşırıq verib: “Apteklərdə yoxlamalar aparılan zaman onlardan nümunələr götürülür və sterilliyi Səhiyyə Nazirliyinin laboratoriyaları tərəfindən bir daha yoxlanılır”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05