!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şri-Lanka prezidenti müdafiə naziri və polis rəhbərini istefaya çağırdı

!Reklam – Yazi

Şri-Lanka Prezidenti Maytripala Sirisena müdafiə nazirini və baş polis müfəttişini istefa verməyə çağırıb.

Yenicag.az xəbər verir ki, informasiya hələ rəsmən təsdiq olunmayıb.

Şri-Lanka prezidenti terror təhlükəsi barədə xəbərdarlığa baxmayaraq hücumların qarşısının alınması istiqamətində lazımi tədbirlər görülmədiyi üçün güc strukturlarında əsaslı dəyişiklik aparmağı və xüsusi xidmət orqanlarında sərt tədbirlər görməyi vəd edib. Bir qədər əvvəl məlum olub ki, Hindistan hakimiyyəti Şri-Lankanın xüsusi xidmət orqanlarını terror təhlükəsi barədə xəbərdar etsə də, buna lazımi reaksiya verilməyib.

Xatırladaq ki, aprelin 21-də pasxa bayramı zamanı Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində azı 359 nəfər ölüb, 520 nəfər isə yaralanıb. Sonrakı gün Kolombo şəhərində minalanmış yük maşını, aprelin 24-də isə Katana şəhərindəki restoranlardan birində çantaya yerləşdirilmiş partlayıcı qurğu aşkarlanaraq zərərsizləşdirilib.

Hakimiyyət orqanları terror aktlarının məsuliyyətini “Tayhid camaatı” qruplaşmasının üzərinə qoyub. Hücumların məsuliyyətini öz üzərinə götürən İŞİD qruplaşması isə bununla bağlı heç bir sübut təqdim etməyib.

Son məlumata görə, Şri-Lanka polisi partlayışlarla əlaqədə şübhəli bilinən 60 nəfəri saxlayıb.

COP29

www.yenicag.az

2107
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv