Ötən gün Şri-Lankada baş verən terror aktıyla bağlı qalmaqallı iddialar ortaya atılıb.
Yenicag.az xəbər verir ki, Şri-Lankalı bir nazir “Reuters” agentliyinə açıqlamasında terrorun qarşısını qəsdən almadıqlarını deyib. Bu iddia dünya gündəminə bomba kimi düşüb.
Şri-Lanka hökumətinin məsələ ilə bağlı onlara ünvanlanan suallara cavab verməkdən imtina etməsi də iddianın doğru olma ehtimalını daha da gücləndirib.
Bundan əlavə bildirilir ki, hadisədən iki saat əvvəl Hindistan hökuməti terror aktının baş verə biləcəyi ilə bağlı Şri-Lanka hökumətinə xəbərdarlıq edib. Lakin dövlət rəsmiləri bu xəbərdarlığı ciddiyə almayıb.
www.yenicag.az