!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Stalinin partiyası seçkilərdə qalib gəldi, qadın öz dilini kəsdi - Kuryoz OLAY

!Reklam – Yazi

Hindistanın cənubunda yerləşən Tamil Nadu ştatında qəribə hadisə baş verib.

Yenicag.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Hindistanda keçirilən regional seçkilərdə Stalinin “Dravid Munnetr Kajaqam” patiyasını dəstəkləyən Vanita adlı 29 yaşlı qadın partiyanın qələbə qazanacağı təqdirdə dilini kəsəcəyini vəd edib.

Sözügedən partiyanın qələbəsi rəsmiləşdikdən sonra Vanita sözünü tutub və Mutalamman məbədinə gedərək dilini kəsib.

Mətbuatın verdiyi daha bir məlumata görə isə, qadın COVİD-19 pandemiyasına görə davam edən karantinə etiraz olaraq, belə bir addım atıb. Qan içində olan qadının xəstəxanaya çatdırıldığı, lakin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, 1953-cü ildə adaşının ölümündən bir neçə gün əvvəl dünyaya gələn hind Stalinin “Dravid Munnetr Kajaqam” partiyası Hindistanın cənubundakı Tamil Nadu ştatında keçirilən seçkilərdə böyük fərqlə qalib gəlib.

Rufina

www.yenicag.az

523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv