Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan “Star” neft emalı zavodunun (NEZ) sentyabrın 5-dən etibarən təmir-profilaktika işləri və avadanlıqlara texniki qulluq üçün fəaliyyəti müvəqqəti dayandırılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.
“Zavodun fəaliyyəti sentyabrın 5-dən iki aya qədər dayandırılacaq. 2018-ci ildə istismara verildikdən sonra ilk dəfə olaraq zavodda əsaslı təmir işləri aparılacaq”, – məlumatda vurğulanıb.
Xatırladaq ki, “Star” NEZ 2018-ci il oktyabrın 19-da istifadəyə verilib.
www.yenicag.az