Statistika Komitəsinin yeni sədri kimdir? — DOSYE
Xəbər verdiyimiz kimi, Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Yenicag.az “Unikal”a istinadən xəbər verir ki, A.Mursaqulov 1981-ci ildə anadan olub. O, 2003-cü ildə Türkiyənin nüfuzlu Boğaziçi Universitetinin Biznesin idarə edilməsi fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Həmin ildə ABŞ-ın Corciya Universitetinin İqtisadiyyat üzrə PhD (Fəlsəfə Doktoru) proqramına universitetin təqaüdü ilə qəbul olunaraq, 2008-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Azər Mursaqulovun əmək fəaliyyəti də olduqca zəngindir:
-
2007-2010: Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin iqtisadi məsələlər üzrə köməkçisi;
-
2010-2012: Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun (BVF) baş qərargahında Fondun icraçı direktorunun müşaviri;
-
2012-2019: Maliyyə Nazirliyinin Dövlət Borclarının İdarə Edilməsi Agentliyində şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb.












