!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Statistikası “çiçəklənən” LİFT QƏZALARI: “Sovet dövründın qalmış qaydaların qüvvədə olması...”

!Reklam – Yazi

“Baş verən qəzaların səbəbi bir çox hallarda istismar müddəti bitmiş liftlərdən istifadə edilməsi ilə bağlıdır”.

Bu fikirləri liftlərdə baş verən qəzaların qarşısının alınması yolları barədə danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, liftlərlə bağlı sovet dövründən qalmış qaydalar hələ də qüvvədədir:

“Liftlərlə əlaqədaer məsələ çox həssas və önəmlidir. Düşünürəm ki, lift təsərrüfatının idarəetmə qaydalarının təkmilləşdirilməsinə ehtiyac var. Liftlərin təhlükəsiz istismarına yönəlik tələblərə cavab verən və müasir standartlara əsaslanan yeni qaydalar işlənib hazırlanmalıdır.

Məlumdur ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən ildə bir dəfə liftlərin təklükəsiz istismarına baxış keçirilir. Lakin bu yoxlamalar sovet dövründə qəbul edilmiş qaydalar əsasında aparılır.

Əsas məsələyə gəldikdə isə baş verən qəzaların səbəbi bir çox hallarda istismar müddəti bitmiş liftlərdən istifadə edilməsi ilə bağlıdır. Əgər yeni liftlərdə də qəza baş verirsə, bu, vaxtlı-vaxtında texniki baxışların keçirilməməsi ilə əlaqədar olur. Bildiyimiz kimi, istismar müddəti bitmiş liftlərdən istifadə qadağandır. İstismar müddəti bitməyən liftlərdə isə mütəmadi olaraq texniki dioqnostika aparılmalıdır.

Texniki dioqnostika tam, dövri və qismən yoxlamalara bölünür. Liftlərin təhlükasiz istismarına nəzarət üçün məsul şəxslər təyin edilməlidir. Qəzalı vəziyyətdə olan liftlərin istismar ına görə birbaşa müvafiq MTK məsulliyyət daşıyır. Liftlərin sertifikatı, istehsal məlumatları və sınaqdan keçirilməsi ilə bağlı zəruri aktlar olmalıdır.

Liftlərin bir çox hallarda sınaqdan keçirilmədən quraşdırılması da qəza təhlükəsinə yol açır. Liftin daxilində davranış qaydaları ilə bağlı maarifləndirici məlumatların yerləşdirilməsi vacibdir. Baş verən qəzaların digər səbəbi liftin normadan artıq yüklənməsi də ola bilər. Bəzən liftin qapısı açılsa da, hər hansi texniki problemdən liftin kabinəsi həmin mərtəbədə olmaya bilər. O baxımdan, liftlərin daxilində güzgünün quraşdırılması önəmlidir”

Nuray Məmmədzadə

www.yenicag.az

368
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv