Stilisti qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

media-hightechnic-468x90

Bakıda stilisti qətlə yetirməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsimin hakimi İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 26-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü P. Həsənov, şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1988-ci il təvəllüdlü Orxan Seyidovu çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib. P.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05