Su idmanı sarayında ölüm – Səbəb açıqlandı

Su İdmanı sarayı ərazisində fəaliyyət göstərən BCC Marshal Mərkəzinin əməkdaşı Yusifov Asəf Fərəməz oğlu mayın 22-də iş zamanı qəflətən halı dəyişərək insult nəticəsində vəfat edib.

Bakı Şəhər Halqasından Yenicag.az-a verilən məlumata görə, A. Yusifov Su idmanı sarayında məşq etmir və məşq nəticəsində həyatını dəyişməyib.

“Buna görə də bəzi KİV-də həmin şəxsin guya məşq nəticəsində vəfat etdiyi barədə məlumat həqiqətə uyğun deyil”, – deyə bildirilib.

COP29