Mingəçevirdə yeniyetmə su kanalında boğulub.
Yenicag.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfər azyaşlı batıb.
Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Artıq axtarış işləri başa çatıb.
2004-cü il təvəllüdlü Qafarzadə Nicat Azər oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal edilən yerdən 800 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Kəlbəcər rayonundan olan məcburi köçkün, Mingəçevir şəhərində yaşayan Qafarzadə Nicat həmyaşıdları ilə birlikdə kanalda çimərkən batıb.
www.yenicag.az