“Subo”nun qardaşının da maşınına həbs qoyuldu

media-hightechnic-468x90

Rusiyada axtarışa verilən Azərbaycan əsilli rusiyalı milyonçu bloqer Sübhan Məmmədovun (“Subo”) qohumlarının evlərində axtarışlar aparılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Xəbərdə iddia edilir ki, bolqerə məxsus “Lamborghini” markalı avtomobil yenidən saxta şəxs adına qeydiyyatdan keçib daha sonra çıxarılıb.

O da bildirilir ki, bloqer və tanışları həmin avtomobili satmağa çalışıblar.

Onun qardaşının BMW markalı avtomobilinə isə həbs qoyulub.

Bundan əlavə, bloqerə aid “Soul Burger – fast food” kafesində də axtarışlar aparılır.

Məlumatda deyilir ki, “Subo” fevral ayından bəri Rusiya vətəndaşlığından məhrum edilib. Rusiyaya girişinə qadağa qoyulub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05