“Sülh Ermənistanın gələcəyinin əsas şərtidir” – Aydın Hüseynov

media-hightechnic-468x90

“Sülh Ermənistanın gələcək inkişafı və dövlət kimi mövcudluğunu qoruyub saxlaması üçün əsas şərtdir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

media-1660289234_aydin

O, Ermənistanın dayanıqlı sülh üçün atmalı olan addımlarından danışıb.

Aydın Hüseynov bildirib ki, Ermənistan 2020-ci ildən bəri hər dəfə “mən sülhə hazıram” deyir.

“Bu sözlərlə daim beynəlxalq aləmə car çəkir. Ancaq dayanıqlı, hərtərəfli və ədalətli sülhün əsas şərtlərini qəbul etmir. Azərbaycan Ermənistana konkret və haqlı təkliflər irəli sürüb. Sülhə hazır olan və xüsusilə də bu sülhün ona daha çox lazım olduğunu anlayan dövlət öz gələcəyini düşünməlidir. Çünki sülh, Ermənistanın gələcək inkişafı və dövlət kimi mövcudluğunu qoruyub saxlaması üçün əsas şərtdir”

Deputatın sözlərinə görə, ilk növbədə Ermənistanın konstitusiyasına düzəliş edilməli və Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır.

“İlk növbədə konstitusiyaya düzəliş edilməli və Azərbaycana qarşı ərazi iddiaları olan müddəa aradan qaldırılmalıdır. Sonra isə Azərbaycanla sülh müqaviləsi imzalanmalı, kommunikasiya xətləri açılmalıdır. Əgər bunu istəyirsə, sözlə deyil, əməl ilə sübut etməlidir. Digər tərəfdən, Ermənistanda bu prosesləri pozmağa, gərginlik yaratmağa çalışan qüvvələr də mövcuddur. Lakin onlar da yaxşı bilirlər ki, Ermənistanın müstəqil və sabit dövlət kimi gələcəyi yalnız Azərbaycanla sülh sazişi bağlamaqla mümkündür. Bu istiqamətdə konkret addımlar atılmalı və sülh niyyətləri reallığa çevrilməlidir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600