!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh müqaviləsinə təsir edə biləcək FAKTORLAR – Rəfi Müslümov yazır

!Reklam – Yazi

Ermənistanın konstitusiya dəyişikliklərini 2027-ci ilə qədər uzatması Azərbaycanla sülh müqaviləsinə təsir edə biləcək bir sıra faktorları gündəmə gətirir. Bu qərarın arxasında duran əsas məqsədlərdən biri Ermənistan daxilindəki siyasi sabitliyi qorumaq və hakimiyyətin uzunmüddətli perspektivdə sülh danışıqlarını idarə etmək imkanıdır. Bu, həm Azərbaycanın mövqeyinə, həm də bölgədəki geniş geosiyasi mənzərəyə təsir edə bilər.

Sözügedən qərarın Azərbaycana təsirinə gəldikdə Ermənistanın bu addımı sülh müqaviləsinin gecikməsi riskini artırır. Azərbaycan üçün isə bu, narahatlıq doğura bilər, çünki sülh müqaviləsinin uzanması bölgədəki gərginliklərin davam etməsinə səbəbiyyət göstərir. Sülh müqaviləsi olmadan isə Zəngəzur dəhlizi kimi strateji məsələlərin həlli çətinləşir ki, bu da Azərbaycanın iqtisadi və regional təsirini məhdudlaşdıra bilər. Bundan əlavə, bu gecikmə Azərbaycanın beynəlxalq səviyyədə sülh təşəbbüslərinə sadiq qalmağını nümayiş etdirməsinə rəsmi İrəvanın bir maneəsidir.
Prosesdəki Qərb faktoru isə fərqlidir. Belə ki, Ermənistanın qərarıQərbin bölgədəki rolunu daha da önə çıxarır. Qərb, xüsusilə ABŞ və Avropa İttifaqı Ermənistanın daxili islahatlarına və sözdə demokratik proseslərinə dəstək verərək, onun Rusiya təsirindən uzaqlaşmasına çalışır. Konstitusiya dəyişikliklərinin uzadılması Qərbin Ermənistanda özünəməxsus islahatlar aparmağa təşviq etmək imkanlarını məhdudlaşdıra bilər ki, bu vəziyyətdə Ermənistan Qərbin təzyiqlərinə qarşı çıxaraq, müstəqil bir siyasi xətt izləmək istədiyini göstərmək istəyər. Azərbaycan isə,Qərbin regiondakı rolunu nəzərə alaraq, sülh danışıqlarında öz siyasi rıçaqlarını daha da artıracaq.

Ermənistanın bu qərarı, sözsüz ki, onun sülh müqaviləsinə münasibətini əks etdirə bilər. Bu, ölkənin daxili sabitliyi təmin etmək və sülh prosesində güclü mövqe əldə etmək məqsədi daşıya bilər. Lakin bu addım Ermənistanın münaqişənin həllində qeyri-müəyyən bir mövqe tutduğunu da göstərə bilər ki, bu da danışıqların nəticələrini təxirə salan bir amildir.

Qısacası, Ermənistanın konstitusiya dəyişikliklərini uzatması Azərbaycanla sülh müqaviləsinin perspektivlərinə ciddi təsir göstərən bir amildir. Bu prosesdə Qərbin rolu da vacibdir, çünki Qərb hələlik bölgədəki gərginliklərin davam etdirililməsində və sülh prosesinin dalana dirənməsində mühüm bir faktor olaraq qalır. Azərbaycan üçün isə bu, sülhün təmin edilməsi və regional təsirinin möhkəmləndirilməsi üçün strateji bir sınaq ola bilər.

COP29

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv