Sülhün Vaşinqton FORMATI: “Azərbaycanın mövqeyi beynəlxalq hüquqa tam uyğundur”

media-hightechnic-468x90

“ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda gözlənilən görüşü Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün mühüm dönüş nöqtəsi ola bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Samir Əsədli deyib.

VHP funksioneri gözlənilən Vaşinqton görüşü ilə bağlı mümkün detalları şərh edib.

Onun sözlərinə görə, iclasın nəticəsi kimi tərəflərin birgə bəyanat və ya memorandum imzalaması, qarşılıqlı ərazi bütövlüyünün tanınması, sülh sazişinin yaxın müddətdə bağlanması və Zəngəzur dəhlizinin açılması məsələlərinin vurğulanması mümkündür:

“Azərbaycanın mövqeyi beynəlxalq hüquqa tam uyğundur. Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılmalıdır, ATƏT-in Minsk qrupu ləğv olunmalıdır və xarici müşahidə missiyaları sərhəd ərazisini tərk etməlidir. Zəngəzur dəhlizi üzrə tələbimiz də aydındır və Azərbaycandan Naxçıvana maneəsiz, gömrük və sərhəd yoxlanışı olmadan gediş-gəliş təmin olunmalıdır. Bu, beynəlxalq praktikada mövcud olan adi tranzit modelidir və “eksterritoriallıq” iddiaları əsassızdır. Görüşdən əsas gözlənti isə ATƏT-in Minsk qrupunun ləğvi və Zəngəzur dəhlizi üzrə razılığın əldə olunması ilə yanaşı, sülh sazişinin paraflanmasıdır. Bu, bölgədə dayanıqlı sabitliyin təməlini qoya bilər”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa