Şumaxeri sağalmağa qoymurlar

media-hightechnic-468x90

78980Bir neçə ay əvvəl xəstəxanadan evinə buraxılan “Formula-1” əfsanəsi Mixail Şumaxerin evi nəzarətə götürülüb.
Buna səbəb fotoqraflar və jurnalistlərin Şumaxerə “aman verməməsidir”.

media-banner_tuq

Leman gölünün sahilindəki Qland şəhərində yerləşən villadan birbaşa yayım vermək istəyən Rusiya xəbər agentlikləri artıq evin kənarından uzaqlaşdırıb.

Yerli polis bundan sonra nəzarətin daha da güclənəcəyini və ehtiyac olarsa güc tətbiq ediləcəyini bildirib. İdmançının meneceri bu addımın Şumaxerin səhhəti ilə bağlı atıldığını bildirib. Onun sözlərinə görə, əlavə səs-küy və jurnalist axını onun sağalmağını gecikdirir.

Xatırladaq ki, Şumaxer keçən ilin dekabrında dağ-xizək idmanı kurortunda başından ağır zədə alıb. Hazırda idmançıya 15 nəfər adam qulluq edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05