Sumqayıt Dövlət Universiteti daha bir uğura imza atdı-Foto

media-hightechnic-468x90

10743457_677881388977508_2049491544_nŞəhərdəki universitetdə “Ritorika klub”u açılıb

Bu gün Sumqayıt Dövlət Universitetində “Ritorika klubu”nun açılış tədbiri olub.

Tədbirdə İdarə Heyətinin üzvləri çıxış edərək dəvət olunan tələbələri Ritorika Klubun fəaliyyət sahələri ilə yaxından tanış ediblər.

Universitet nəzdində yaradılan bu klub 12 sahə üzrə fəaliyyət göstərəcək.Həmin 12 fəaliyyət sahəsinə Layihələr Departamenti, Filosoflar Federasiyası, Fiziklər Cəmiyyəti, Rəngli İdealar Akademiyası (CİA),Yazıçılar Birliyi, Həvəskar Jurnalistlər İttifaqı, Biznes Klub, Mədəniyyət və İncəsənət Akademiyası, Politoloqlar Universiteti, Tarixçilər klubu və Qladiator Debatları aiddir.

Məlumat verilib ki, Qladiator Debatlarının müstəqil fəaliyyət göstərdiyi ilk ali məktəb Sumqayıt Dövlət Universitetidir.

Tədbirdə klubun yaradılmasında əməyi keçən təşəbbüskar tələbələr Nurlan Səmədli, Arzu Nəbizadə, Bəhruz Bayramov və Elvin Gülməmmədov çıxış ediblər.

Samir Aslan

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600