Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.
Yenicag.az xəbər verir ki, turun açılış günündə bir görüş keçirilib.
“Sumqayıt” Gəncədə autsayder “Kəpəz”in qonağı olub. Ardıcıl iki oyundur məğlub olan Samir Abasovun komandası bu matçda da xal itirib. Görüş heç-heçə yekunlaşıb.
Qeyd edək ki, turun digər görüşləri mayın 5-i və 6-da keçirilcək.
Azərbaycan Premyer Liqası
26-cı tur
4 may
“Kəpəz” – “Sumqayıt” – 1:1
Qollar: Dario Federiko, 66-pen (1:0), Amil Yunanov, 86 (1:1).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vüsal Qənbərov, Vüqar Həsənli
Gəncə şəhər stadionu.