!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıt Regional Perinatal Mərkəzin fəaliyyət göstəriciləri AÇIQLANDI

!Reklam – Yazi

“Sumqayıt Regional Perinatal Mərkəz regional olaraq 3-cü səviyyəli doğuşa yardım xidməti göstərir. Mərkəzimizdə neonatal reanimasiya və intensiv terapiya, neonatal cərrahi laporoskopik ginekoloji əməliyyatlar həyata keçirilir”.

Yenicag.az xəbər verir ki, bu sözləri media-turda jurnalistlərə açıqlamasında Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli deyib. O bildirib ki, Mərkəzdə 7/24 4-cü səviyyəli laborator və təcili tibbi yardım xidməti fəaliyyət göstərir:

“Mərkəzimizdə prenatal və neonatal skrininq edilir. Katamnestik izləm kabinetimizdə xəstə və vaxtından əvvəl doğulmuş uşaqların sağlamlığı nəzarətdə saxlanılır. 2024-cü ilin yanvar-may aylarında 1 641 katamnestik gəliş olub. Region üzrə yenidoğulmuşların ROP müayinəsini edirik. Bu rəqəm isə 257-dir”.

O, göstərilən xidmətlərlə bağlı bəzi göstəriciləri də diqqətə çatdırıb:

“Perinatal Mərkəzdə bu ilin ilk 5 ayı ərzində 610 doğuş qeydə alınıb. 2023-cü ilin sentyabrından bu günədək 22 neonatal cərrahi əməliyyat həyata keçirilib. Bu ilin ilk 5 ayında mərkəzimizə 64 hamilə təxliyə edilib. Bununla yanaşı 611 audiometriya icra edilib, 799 topuq testi götürülüb”.

Direktor müavini qeyd edib ki, qadınların reproduktiv orqanlarının xərçəngönü xəstəliklərini aşkarlamaq məqsədilə kolposkopik müayinə etməklə və PAP smear testləri də edilir:

“Bu ilin ilk 5 ayında 198 kolposkopik müayinə həyata keçirilib. İcbari tibbi sığortanın uğurlu tətbiqi, sağlamlıq sahəsində sosial bərabərliyi və iqtisadi dayanıqlığı təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir”.

İsmayıl Bakuvi

www.yenicag.az

102
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv