!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıt Tibb Mərkəzində ilk dəfə endoprotez əməliyyatı icra olunub

!Reklam – Yazi

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan tibb müəssisələrində xidmətin optimallaşdırılması və vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığını təmin etmək məqsədilə işlərə başlanılıb.

Yenicag.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov media-tur zamanı bildirib ki, ilk olaraq 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsində tibbi xidmətin keyfiyyətinin artırılması, yaranan növbələrin aradan qaldırılması istiqamətində xidmət yenidən qurulub.

“Poliklinika şöbəsində pasiyentlərin məmnunluğunun artırılması məqsədilə xidmət 4 hissədə aparılır. Belə ki, burada dislokasiya dəyişdirilərək imtiyazlı, cərrahi, kardioloji və nevroloji, həmçinin digər ixtisas həkimlərinin fəaliyyət göstərdiyi hissələrə ayrılıb.

Artıq imtiyazlı xəstələrin (şəkərli diabet) digər vətəndaşlarla birlikdə növbə gözləməsinə ehtiyac yaranmır, onların endokrinoloji kabinetlərdə müayinələrdən keçərək rahat hərəkəti təmin olunub”, – deyə o bildirib.

E.Azadxanov əlavə edib ki, həssas qruplardan olan vətəndaşlara, o cümlədən şəhid ailələri və qazilərə xüsusi ayrılmış hissədə Mərkəzin mütəxəssisi tərəfindən xidmət göstərilir:

“Nevroloji hissədə artıq yeni Elektromioqrafiya (EMQ) kabineti də qurulub. Bununla yanaşı, Elektroensefaloqrafiya (EEQ) xidməti də vətəndaşların ixtiyarındadır. Kardioloji hissədə isə Elektrokardioqrafiya (EKQ), Exokardioqrafiya (EXO), Tredmil testi və Holter kabinetlərində müayinələr aparılır.

Eyni zamanda, Poliklinika şöbəsində vətəndaşların rahatlığı üçün yeni istiqamətləndirici lövhələr quraşdırılıb.

Bununla da Poliklinika şöbəsində aparılan yeniliklər sayəsində əhaliyə göstərilən xidmətin səviyyəsi artırılıb”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv