!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıt Tibb Mərkəzinin direktoru: “Tibbi laboratoriyalar tamamilə yenilənib”

!Reklam – Yazi

“Sumqayıt Tibb Mərkəzinin nəzdində olan müəssisələrində tibbi laboratoriyalar müasir standartlara cavab verir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Sumqayıt Tibb Mərkəzinə keçirilən media-tur zamanı jurnalistlərə açıqlamasında mərkəzin direktoru Elnur Azadxanov deyib.

Onun sözlərinə görə, TƏBİB tərəfindən həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində tibb müəssisələrinin tibbi laboratoriyaları tamamilə yenilənib.

“Laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilib və tibb müəssisələrində biokimya, hematologiya, mikrobiologiya və immunologiya bölmələri fəaliyyətə başlayıb.

Laboratoriyaların fəaliyyəti pre-analitik, analitik və post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Belə ki, laboratoriyalar tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış biokimyəvi, immunokimyəvi, mikrobioloji, hematoloji, ELISA və s. sistemləri ilə təchiz olunub”, – deyə o əlavə edib.

E.Azadxanov qeyd edib ki, mütəmadi olaraq laboratoriyanın həkim və laborantlarına, qanalma tibb bacılarına müasir nəzəri və praktik təlimlər keçirilib:

“Ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan laborator xidmətləri tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə bilirlər”.

Direktor əlavə edib ki, hazırda 1 nömrəli Şəhər Xəstəxanasında və Perinatal Mərkəzdə laboratoriya IV səviyyə, Uşaq Xəstəxanasında III səviyyə, Təcili Tibbi Yardım Xəstəxanasında isə II səviyyə olaraq xidmət göstərir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv