Sumqayıtda 29 yaşlı oğlanı öldürən şəxs saxlanıldı

media-hightechnic-468x90

İyunun 9-da saat 2 radələrində Sumqayıt şəhəri ərazisində 1995-ci il təvəllüdlü Nicat Bayramovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

media-banner_tuq

Bu barədə Yenicag.az-a Sumqayıt şəhər prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Nüsrət Həsənəlilinin şəhərin H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Nicat Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nüsrət Həsənəlili iş üzrə şübhəli şəxs qismində tutulub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05