Sumqayıtda 4 otaqlı ev yandı

Sumqayıtda  4 otaqlı evdə yanğın olub.

Yenicag.az xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 90 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.