Sumqayıtda iməclik
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin kollektivi bu ilin ilk payız iməciliyini keçirib. İməcilikdə Birliyin 500-ə yaxın əməkçisi iştirak edib. Onlara, həmçinin “Azəriqaz” İstehsalat Birliyinin 60 nəfər əməkdaşı da qoşulub.
“Azərikimya” İB-nin mətbuat xidmətindən bildirilib ki, iməcilik zamanı etilen-polietilen zavodunun qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsinin yaşıllıq zonası üçün ayrılmış 4 hektarlıq ərazidə 600 şərq çinarı və müxtəlif meyvə ağacları əkilib.
İməcilikdə “Azərikimya” və “Azəriqaz” istehsalat birliklərinin rəhbərliyi də iştirak edib. Kimyaçılar şənbə iməciliklərini payız mövsümünün sonuna qədər davam etdirməyi qərara alıblar. (azertag.az)