Sumqayıtda kimlər mandatını itirəcək? – Siyahıda Telman İsmayılovun qohumu da var

media-hightechnic-468x90

Eldar_Əzizov,_Hacı_Salayev,_Musa_Qasımlı_Sumqayıtın_Tarixi_MuzeyindəQarşıdan Parlament seçkiləri gəlir. Payızda bizi növbəti parlament tərkibi gözləyir.

Bir çox millət vəkilinin bu dəfə seçilməyəcəyi bildirilir. O cümlədən Sumqayıtı parlamentdə təmsil edən 4 millət vəkilindən 3-nün seçilməyəcəyi vurğulanır.

Onlar kimdir? “Azərikimya” İstehsalat Birlyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, tarixçi alim Musa Qasımlı, məktəb direktoru Leyla Abdullayeva və iş adamı Hacı Salayev.

Muxtar Babayevlə Hacı Salayevi parlament jurnalistləri belə tanımır. Hər iki deputat “lal deputat” kateqoriyasına aiddir. M.Babayevi “Azərikimya”da işlədiyi üçün seçicilər az da olsa tanısalar da, Hacı Salayevlə bağlı bunu demək çətindir. Hacı Salayevin bu dəfə seçilməsi möcüzə sayılmaqdadır.

Hacı Salayevin bir problemi də azərbaycanlı biznesmen Telman İsmayılovla qohum olmasıdır. Belə ki, deputatın oğlu Telman İsmayılovun qardaşı qızı Arzu xanımla ailə həyatı qurub. Azərbaycana qarşı qurulan “Milyarderlər İttifaqı”nda yer alan İsmayılova münasibət hələ də yaxşı deyil.

Musa Qasımlı cənub zonasından olduğuna görə, Sumqayıtda da bu bölgədən olan insanlar çoxluq təşkil etdiyindən seçicilər arasında tanınmasında problem yoxdur. İllərdən bəri ictimaiyyət arasında da olduğundan media da yaxşı tanıyır.

Sumqayıtdan yayımlanan “Reader” saytının yazdığına görə, seçilməyəcəyi dəqiq olan isə Leyla Abdullayevadır:  “18 saylı orta məktəbin direktoru olan Leyla Abdullayeva ilə bağlı isə informasiya var. YAP-a yaxın etibarlı mənbənin bildirdiyinə görə bu il hakim partiya L.Abdullayevanın namizədliyini irəli sürməyəcək: “Keçən seçkilərdə L.Abdullayeva Sumqayıtın icra başçısı Vaqif Əliyevin tövsiyəsi ilə siyahıya salınmışdı. Bu dəfə isə o ehtimal yoxdur. Əlində yetərincə investisiya olmadığı üçün isə o 5 ildə özünün PR-na işləyə biləcək ciddi işlər görə bilməyib. Eyni zamanda digər texnologiya və vasitələrdən də lazımınca yararlanmayıb. Onun fərdi şəkildə seçkiyə qatılacağını gözləmək də sadəlövhlük olar”.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600