!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bill Qeyts: "Süni intellekt üç günlük iş həftəsinə keçidə imkan verəcək"

!Reklam – Yazi

“Süni intellekt üç günlük iş həftəsinə keçidə imkan verəcək”.

Yenicag.az xəbər verir ki, bu barədə Microsoft-un yaradıcısı Bill Qeyts teleaparıcı Trevor Noa ilə müsahibəsində bildirib. Bill Qeyts əmindir ki, gələcəkdə süni intellekt insanlara həftədə üç gün işləməyə imkan verəcək.

O qeyd edib ki, süni intellektin gələcəyi bəzi insanların düşündüyü qədər parlaq olmasa da, başqalarının düşündüyü qədər də qaranlıq deyil. Eyni zamanda, texnologiya insanları tamamilə əvəz edə bilməyəcək, lakin bu, həyatı asanlaşdıracaq,

“Əgər mövzudan bir az yuxarı qalxsanız, həyatın mənasının təkcə iş olmadığını başa düşərsiniz. Gec-tez bir insanın həftədə üç gün işləyəcəyi nöqtəyə gələcəyik və bu, olduqca normaldır.

Maşınlar bütün yeməkləri istehsal edə və başqa şeylər edə biləcək. Buna görə də artıq çox işləmək məcburiyyətində qalmayacaqsınız. Dünya dəyişir. Bu, yavaş-yavaş baş verir.

Təsəvvür edək ki, əsl ağlr işin fermada olduğuna inanan bir babanız var. Daha sonra texnologiya sayəsində atanız bunu başqa bir şeylə əvəz etdi. Nəticədə, bu nəsildə amerikalıların yalnız 2%-i kənd təsərrüfatı ilə məşğul olur”, – Qeyts deyib.

Xuraman Etibarlı

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv