Suriya ordusu İdlibdə iki rayonu geri alıb

media-hightechnic-468x90

syrian_army_assad_012114_1_420x250Suriya ordusu Türkiyə ilə sərhəddə yerləşən İdlib əyalətinin cənubunda Həmimat və əl-Mustariha rayonlarını “ən-Nusra Cəbhəsi”ndən geri alıb.

Məlumatda bildirilib ki, sözügedən iki rayon “Əbu-Duhur” hava limanı yaxınlığında yerləşdiyindən strateji əhəmiyyət daşıyır.

Suriyada qarşıdurmalar, döyüşlər, hərbi əməliyyatlar və terror aktları ötən sutka ərzində də davam edib.

Digər bir məlumatda Suriya ordusu Dəra (cənub) əyalətinin Şeyx-Miskin rayonunda silahlılara ağır zərbələr vurduğunu deyib.

Hələbin Kobani şəhərində isə “İslam Dövləti” terror təşkilatı kürdlərin mövqelərini 50 dəfədən artıq minaatanlardan hədəfə alıb.

Dəməşqətrafı əyalətin Qabun, Homsun əl-Vaar rayonu və Həmanın şərq bölgələri də qarşıdurmaların şahidi olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600