Reklam

Reklam

Prezident Donald Tramp qısa müddətdən sonra Suriyadan çəkiləcəklərini açıqlayıb. ABŞ XİN isə bu plandan xəbərsiz olduğunu bildirib. Digər tərəfdən Trampın açıqlamasından sonra Fransanın PYD ilə təmas qurduğu elan edildi. Bu vəziyyət Suriya oyununda oyunçu dəyişikliyi ehtimalını daha da gücləndirib.

Yenicag.az xəbər verir ki, ABŞ prezidenti əsgərlərinin Suriyadakı varlığının səbəbini bu sözlərlə ifadə edib:

“Orada olmağımızın tək səbəbi İŞİD idi. Demək olar ki, biz məqsədimizə nail olduq. İcazə verək, Suriya ilə başqaları maraqlansın”.

Ölkə başçısı və Xarici İşlər Nazirliyi arasındakı fikirayrılığından sonra Fransa prezidenti Emmanuel Makron PYD qüvvələrinin idarə etdiyi SDQ (Suriya Demokratik Gücləri) ilə görüş keçirtdi.

Görüş çərçivəsində Makron Suriyada sabitliyin bərpa olunmasına qədər İŞİD-in yenidən “dirilməməsi” üçün SDQ-yə kömək edəcəklərinə zəmanət verib. Həmçinin, bildirilib ki, guya SDQ-nin PKK ilə heç bir əlaqəsi yoxdur.

Fransa mətbuatında ABŞ-la razılıq əldə olunduğunu və Fransanın Mənbiçə qoşun göndərəcəyi barədə məlumatlar yayılıb. Bu planın tezliklə, səfir vasitəsilə rəsmi Ankaraya çatdırılacağı qeyd olunub.

Beləliklə, Mənbiçdə az qala Türkiyə ordusu ilə qarşı-qarşıya gəlməyin bir addımlığında olan ABŞ müttəfiqlik əlaqələrinin xətrinə öz yerinə Fransanı oyuna daxil edir.

Ankaranın bu manevri qarşısında hansı reaksiyanı verəcəyi isə hələlik sual altındadır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1136
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."